DataLife Engine / MTRŞ ATV-dəki maska qalmaqalına münasibət bildirdi

MTRŞ ATV-dəki maska qalmaqalına münasibət bildirdi

MTRŞ ATV-dəki maska qalmaqalına münasibət bildirdi


Milli Televiziya və Radio Şurası (MTRŞ) "Azad Azərbaycan" televiziyasının efirində karantin qaydalarının pozulduğu iddia edilən görüntülərə münasibət bildirib.

MTRŞ sədrinin köməkçisi Fazil Novruzov “Report”a bildirib ki, təmsil etdiyi qurumun bu məsələyə heç bir aidiyyatı yoxdur.

“Telekanalda kimsənin maska taxıb-taxmaması, sosial izolyasiya qaydalarına əməl edib-etməməsi ilə bağlı tədbirlər görmək bizim səlahiyyətimizə aid olan məsələ deyil. Yəni, televiziya kanallarında karantinin pozulması ilə bağlı cavab tədbirləri Milli Televiziya və Radio Şurasının səlahiyyətində deyil. Biz tövsiyəmizi vermişik ki, yerinə yetirsinlər. Amma buna nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Monitorinq də telekanallarda sosial izolyasiya qaydalarına əməl olunmasına nəzarət eləmir”, F.Novruzov bildirib.

Qeyd edək ki, sosial izolyasiya qaydalarının tətbiqindən öncə çəkildiyi iddia olunan "Zaurla Günaydın" verilişində qonaq olan Xalq artisti Məleykə Əsədovanın tibbi maska taxması ictimaiyyətdə sual doğurub. Telekanal sosial şəbəkə istifadəçiləri tərəfindən karantini pozduğuna görə tənqid edilib.

Xatırladaq ki, ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağandır. Bundan başqa, qapalı məkanlarda qoruyucu maskalardan istifadə edilməsi məcburidir.

tv713.az
17-08-2020, 16:30
Вернуться назад