DataLife Engine / Neçə şagirdlə müəllimin kompüteri yoxdur?

Neçə şagirdlə müəllimin kompüteri yoxdur?

Neçə şagirdlə müəllimin kompüteri yoxdur?


"Məktəblərin açılması və ya tədrisin hansı formada təşkili ilə bağlı ən düzgün və optimal qərarı necə qəbul etməli?"

Bu sualı Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sosial şəbəkədə cavablayıb. O bildirib ki, məktəblərdə təhsilin hansı formada təşkili ilə bağlı düzgün qərarı yalnız Operativ Qərargahın məlumatı əsasında deyil, həm də Təhsil Nazirliyinin apardığı monitorinqin nəticələri əsasında qəbul etmək doğru olardı.

Güman ki, TN-in hazırda təhsil müəssisələrində apardığı monitorinqin nəticələri əsasında aşağıdakı sualların cavabı ilə bağlı məlumat bazası formalaşıb:

1. Neçə şagirdin (tələbənin) kompüteri yoxdur?
2. Neçə şagirdin (tələbənin) normal internet bağlantısı yoxdur?
3. Neçə müəllimin kompüteri yoxdur?
4. Neçə müəllimin normal internet yoxdur?
5. Hazırkı şəraitdə keyfiyyətli internet infrastukturu olmayan yaşayış məntəqələrinin sayı nə qədərdir və hansılardır?
6. TN-in testdən keçirdiyi, dayanıqlı fəaliyyət göstərə biləcək neçə virtual təhsil platfroması var?
7. TN-in bazasında siniflər üzrə neçə rəqəmsal resurs, video dərslər, elektron dərslər var?
8. Neçə müəllim distant təlimlər üzrə sertifikata malikdir?
9. Neçə müəllimi kompüterlə və internetlə təmin etmək mümkün olacaq?
10. Neçə şagirdi kompüter və internetlə təmin etmək mümkün olacaq?

Düşünürəm ki yalnız bu sualların cavabı əsasında təhsilin təşkili forması ilə bağlı daha doğru qərar qəbul etmək mümkün olardı.

Fikrimcə TN-in bu informasiyaları açıqlaması bu istiqamətdə gedən müzakirələri daha məhsuldar və faydalı edərdi.

tv713.az
19-08-2020, 11:43
Вернуться назад