Koronavirusla mübarizəyə cəlb edilən həkimlərin maaşı verilmir?
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev koronavirusla mübarizəyə cəlb edilən həkimlərin maaşlarını ala bilmədiklərini açıqlayıb.
İcbari Tibbi Sığorta Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova bildirib ki, Tədris Terapevtik Klinikası Səhiyyə Nazirliyinin balansındadır: “Əgər məsələ bu klinikanın əməkdaşlarından gedirsə, onların maaşını Səhiyyə Nazirliyi verir. Digər klinikalarda çalışan və COVID-19 ilə mübarizəyə cəlb olunmuş tibb işçilərinə ödənilən müddətli əlavələr isə Nazirlər Kabinetinin qərarı ilə verilir. May və iyun ayları üçün bu qərar icra olunub. İyul ayı üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı yoxdur”.(qafqazinfo)
tv713.az
19-08-2020, 14:13
Вернуться назад