Kəramət Böyükçöl sərbəst buraxıldı
Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.
Kəramət Böyükçöl müvafiq araşdırma aparıldıqdan sonra polis bölməsindən azad olunub.
Qeyd edək ki, K.Böyükçöl dünən "Facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib. Polis əməkdaşları bildiriblər ki, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.
tv713.az
19-08-2020, 17:30
Вернуться назад