DataLife Engine / Sabir Rüstəmxanlıdan nazirliyə etiraz: ""Два manat 34 qəpik" nədir?"

Sabir Rüstəmxanlıdan nazirliyə etiraz: ""Два manat 34 qəpik" nədir?"

Sabir Rüstəmxanlıdan nazirliyə etiraz: ""Два manat 34 qəpik" nədir?"


Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnoloğiyalar Nazirliyinə etiraz edib.

Bu barədə deputat öz "Facebook" hesabındakı paylaşımında yazıb.

S.Rüstəmxanlı Nazirliyin nəzdində fəaliyyət göstərən "Azərpoçt" MMC-ə irad tutub:
"Bu ödəniş bildirişi "Azərpoçt" MMC-də vətəndaşlara verilən qəbzlərdən bir nümunədir. Müəssisə doğrudan da "yüksək texnologiya" nümayiş etdirərək qurama bir dil icad edib. 30 ilə yaxın müstəqil olan bir dövlətin poçtları özlərini niyə bu gülünc vəziyyətə salırlar, anlamaq olmur. Bəlkə Azərbaycana məxsus olduqları hələ poçt işçilərinə və onların böyüklərinə çatmayıb? "Əməliyyatın növü:письмо" və ya "Два manat 34 qəpik" hansı texnologiya ilə icad edilmiş dildir. Poçt işçiləri dövlət dilimizə niyə sayqısızlıq edirlər?"(bakupost.az)

tv713.az
19-08-2020, 17:19
Вернуться назад