ÜST Avropa ölkələrində məktəblərin açılmasını müzakirə etmək üçün virtual görüş keçirəcək
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisi regionun bütün 53 ölkəsində məktəblərin yenidən açılmasını müzakirə etmək üçün virtual görüş keçirəcək.
Bu barədə ÜST-ün Avropa regionu üzrə direktoru Hans Kluqe mətbuat konfransında deyib.
O bildirib ki, avqustun 31-də keçiriləcək görüşdə uşaqların təhlükəsiz şəraitdə düzgün təhsil alması üçün konkret tədbirlər müzakirə ediləcək.
"Bu tədbirlərə məktəb şəraitində hər kəs üçün gücləndirilmiş gigiyena qaydaları və sosial məsafələrin tətbiqi, virus səviyyəsinin aşağı olduğu açıq məktəblərdə yerli vəziyyətə uyğun olaraq tez və effektiv şəkildə tətbiq oluna bilən müvafiq addımların atılması, yoluxma hallarının daha geniş olduğu ərazilərdə məktəb cədvəllərini uyğunlaşdırmaq və şagird sayını məhdudlaşdırmaq, yoluxmanın ötürülmə riski yüksək olan ərazilərdə məktəblərin müvəqqəti bağlanması aid ola bilər", - deyə ÜST rəsmisi deyib.
tv713.az
20-08-2020, 14:15
Вернуться назад