DataLife Engine / Şəmkirdə qəza, 5 nəfər yaralandı

Şəmkirdə qəza, 5 nəfər yaralandı

Şəmkirdə qəza, 5 nəfər yaralandı


Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir-Gədəbəy avtomobil yolunun Yasamal aşırımı adlanan ərazisində "VAZ" markalı avtomobillə yük maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

57 yaşlı Davud Orucov, 26 yaşlı İlkin Rəhimov və 12 yaşlı Tapdıq Quliyevin xəsarətləri daha ciddi olduğuna görə, onlar Gəncədə xəstəxanaların birinə yerləşdiriliblər. Daha 2 nəfərin vəziyyəti isə normal qiymətləndirilir.

Məlumata görə, "VAZ" markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

tv713.az
23-08-2020, 19:03
Вернуться назад