Useyn Bolt koronavirusa yoluxdu
Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt koronavirusa yoluxub.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur.
Qeyd edək ki, Useyn Bolt 11 qat dünya çempionu, 8 qat dünya rekordçusudur. O, öz sahəsi üzrə ən tanınmış idmançılardan hesab olunur.
tv713.az
24-08-2020, 19:52
Вернуться назад