Bu ərazilərdə su olmayacaq
“Azərsu” ASC-dən verilən məlumata görə, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
Bu səbəbdən Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
İstehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.
tv713.az
25-08-2020, 11:19
Вернуться назад