DataLife Engine / Əli Əsədov Tovuzla bağlı sərəncam imzaladı

Əli Əsədov Tovuzla bağlı sərəncam imzaladı

Əli Əsədov Tovuzla bağlı sərəncam imzaladı


Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450 min manat məbləğində vəsait ayrılıb.

tv713.az

25-08-2020, 15:41
Вернуться назад