DataLife Engine / ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə tutuldu

ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə tutuldu

ABŞ-da məktəbi partlatmaq istəyən 3 yeniyetmə tutuldu



ABŞ-ın Nyu York ştatında 3 yeniyetmə oxuduqları məktəbdə partlayış planlaşdırmaqda ittiham edilirlər.

BEŞ.AZ Trend-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Lonq-Aylend adasında yerləşən təhsil müəssisəsinə gəliblər və məktəblilər onlara avtobusda 3 nəfər 16 yaşlı məktəblinin partlayıcı qurğu barədə danışdıqlarını bildiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal sözügedən 3 nəfəri saxlayıblar.

Bildirilir ki, məktəblilərin evlərinə baxış keçirilərkən orada partlayıcı qurğunun hazırlanması haqqında kitab aşkar ediblər.
3-05-2019, 10:05
Вернуться назад