Məşhur futbolçu həbs edildi
“Mançester Yunayted” klubunun müdafiəçisi Harri Maquayr 21 ay 10 günlük şərti cəza alıb.
Bu barədə “Sky Sports” məlumat yayıb.
Bildirilir ki, Yunanıstanda Maquayr və dostları Mikonos barlarından birində əlbəyaxa davaya başlamışdı. Daha sonra Maquayrın iştirak etdiyi həmin dəstə hadisə yerinə gələn polisə hücum etmişdi. Nəticədə futbolçu və iki dostu həbs edilərək polis bölməsinə aparılmışdı.
Beləliklə, Yunanıstan məhkəməsi Maquayrı sağlamlığa zərər vurmaqda, həbs olunmasına müqavimət göstərməkdə və polis işçilərinə rüşvət verməyə cəhddə günahkar bilərək cəzalandırıb.
tv713.az
26-08-2020, 05:24
Вернуться назад