DataLife Engine / Ötən il ölkəmizdə bu qədər insan, məişət zorakılığına məruz qalıb

Ötən il ölkəmizdə bu qədər insan, məişət zorakılığına məruz qalıb

Ötən il ölkəmizdə bu qədər insan, məişət zorakılığına məruz qalıb


Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərlə bağlı ötən ilin statistik məlumatları açıqlanıb

tv713.az məlumat verir ki, 2019-cu ildə məişət zorakılığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən 1358 nəfərin zərər çəkdiyi qeydə alınıb.

Onlardan 1038 nəfəri qadın, 12 nəfəri 18 yaşdan aşağı qızlar, 1 nəfər isə hamilə olub.

Ötən il məişət zorakılığı nəticəsində 37 qadın öldürülüb, onlardan biri də 18 yaşına çatmamış qız olub.

Qeyd edək ki, bu rəqəmlər hüquq-mühafizə orqanlarına edilən şikayətlər nəticəsində rəsmi olaraq qeydə alınan cinayətlərin sayıdır.
26-08-2020, 09:40
Вернуться назад