DataLife Engine / Ədliyyə Nazirliyi yanğınla bağlı açıqlama yaydı

Ədliyyə Nazirliyi yanğınla bağlı açıqlama yaydı

Ədliyyə Nazirliyi yanğınla bağlı açıqlama yaydı


Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə bu gün səhər saat 11 radələrində baş verib:

“Hadisə Ədliyyə Nazirliyinin inzibati binasında qeydə alınıb. Binada 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın başlayıb. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. Eyni zamanda FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb”.

tv713.az
26-08-2020, 13:51
Вернуться назад