Sürücünü vuran sərnişin 30 sutka həbs edildi
13 nömrəli marşrut avtobusunda ona maska taxmasını deyən sürücünü vuran sərnişinin cəzası bəlli olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, sürücünü vuran Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə təqsirli bilinərək Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib.
O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib.
tv713.az
26-08-2020, 14:54
Вернуться назад