DataLife Engine / Telefona gələn bu SMS-lər dərhal silinməlidir

Telefona gələn bu SMS-lər dərhal silinməlidir

Telefona gələn bu SMS-lər dərhal silinməlidir


Telefona gələn bəzi SMS-lərin hansı təhlükələrə səbəb ola biləcəyi açıqlanıb

“Praym”ın məlumatına görə, bu barədə “Sinerqiya” Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

Onun sözlərinə görə, bu təhlükə ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir.

Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar.

“Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər”, - deyə məlumat verib.

Ekspert bildirib ki, mesajları təmizləməkdən başqa telefondakı məlumatların parol ilə qorunmasına da diqqət yetirilməlidir.

“Bu barmaq izi, Face ID və ya rəqəmsal parol yolu ilə edilə bilər. Əsas odur ki, parolda 1, 2, 3, 4, 5 rəqəmləri olmasın. Bundan əlavə, telefon göz qabağında olsa belə kilidlənməlidir”, - deyə S.Kosarev sözlərini yekunlaşdırıb.

tv713.az
27-08-2020, 09:18
Вернуться назад