Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama
Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə açıqlama verib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar.
Bildirilib ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb:
“Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.
Avqustun 26-da bir qrup qadın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") binası önündə yolu bağlamağa cəhd ediblər. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Ərazidə olan polis əməkdaşlarının həmin şəxsləri oradan uzaqlaşdırarkən qadınlardan birini itələyərək asfalta yıxdığı görüntülərdə əks olunub. DİN qadının yıxılması faktına münasibət bildirməyib.
tv713.az
27-08-2020, 10:47
Вернуться назад