DataLife Engine / Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi


Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

tv713.az
27-08-2020, 12:26
Вернуться назад