DataLife Engine / Elnarə Abdullayeva danışdı: Polis tərəfindən saxlanılmamışam

Elnarə Abdullayeva danışdı: Polis tərəfindən saxlanılmamışam

Elnarə Abdullayeva danışdı: Polis tərəfindən saxlanılmamışam


"Polis tərəfindən saxlanılmamışam, narahat olmayın".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib.

O deyib ki, çəkilişi zamanı anlaşılmazlıq olub: "Mən saxlanılmamışam, televiziyanın çəkilişi zamanı anlaşılmazlıq olub və aradan qalxıb. Mənlik bir şey yoxdur, narahat olmayın".

Qeyd edək ki, bu gün bəzi KİV-lər Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldığını yazıb. Məlumata görə, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib. Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

tv713.az
27-08-2020, 15:57
Вернуться назад