Bakıda vəkil intihar etdi
Azərbaycan Vəkillər Kollegiyasinın üzvü intihar edib.
Report xəbər verir ki, vəkil Namiq Həsənov özünü asıb.
Məlumata görə, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü N.Həsənov 2006-cı ildən Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.
Kollegiyadan fakt təsdiqlənib.
tv713.az
27-08-2020, 16:44
Вернуться назад