“12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil”
"Uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır".
Bunu nazirin müşaviri Rüstəm Ağayev deyib.
O bildirib ki, uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır:"Dünyada uşaqlarda virusa yoluxma 1-2 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur".
tv713.az
27-08-2020, 18:37
Вернуться назад