Məktəb binasına daxil olarkən müəllim və şagirdlərin hərarəti ölçüləcək - Video
Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
Virusun yayılmasının qarşısını almaq üçün biz 3 əsas işi vaxtında etməliyik:
Yoluxmanın vaxtında aşkarlanması
Aşkarlanmış halların tez bir zamanda təcrid edilməsi
Təcrid edilənlərlə təmasda olan digər insanların siyahısının müəyyən edilməsi, onların ya xəbərdar olunması, yaxud müvafiq qaydada müayinə edilməsi.
tv713.az
27-08-2020, 19:02
Вернуться назад