3 yaşlı uşaq qonaq getdikləri binadan yıxılaraq öldü
Ucarda 3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb.
Hadisə rayonda məcburi köçkünlər üçün salınmış binaların birində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Fərhan Qədimov ailəsi ilə birlikdə əmisi gilə qonaq gəlib.
Gecə saatlarında evdə nəzarətsiz qalan F.Qədimov 5-ci mərtəbədən yıxılıb.
Ağır bədən xəsarətləri alan F.Qədimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tv713.az
28-08-2020, 08:14
Вернуться назад