Yaponiyanın Baş Naziri istefa verdi
Yaponiyanın Baş Naziri Şinzo Abe səhhətinin pisləşməsi səbəbindən vəzifəsindən getdiyini təsdiqləyib.
Baş Nazir bu barədə bu gün Tokioda keçirilən mətbuat konfransında açıqlama verib:
“Siyasətçi üçün ən başlıcası nəticə göstərməkdir. Bu nəticəni göstərmək üçün 7 il 8 ay var gücümü sərf etdim. Siyasətçi səhhətinin stabil vəziyyətdə olmaması səbəbi ilə səhv buraxa bilməz. Baş Nazir vəzifəsindən istefa verirəm”,- deyə Abe qeyd edib.
XəbərTv.info
28-08-2020, 13:09
Вернуться назад