Səbinə Əliyevadan fəaliyyətini dondurması xəbərləri ilə bağlı AÇIQLAMA
“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”
Bu fikirləri Modern.az-a Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuatda fəaliyyətini dondurulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib:
“Bir neçə saat bundan qabaq Avropa İttifaqının nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk”.
tv713.az
28-08-2020, 15:48
Вернуться назад