Prezidentin köməkçisi: "Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək"
“Dünya səviyyəsində sertifikasiyadan keçən COVID-19-la əlaqədar vaksinlər hazır olan zaman ölkəyə gətiriləcək. Bununla bağlı məsələ izlənilir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır.
tv713.az
29-08-2020, 11:20
Вернуться назад