Velosiped sürən məşhur şirkət direktorunu maşınla vurub öldürdülər
Fransanın “Bonduelle” konservləşdirilmiş tərəvəz şirkətinin baş direktoru Jerom Bondüel yol qəzasında ölüb.
Bu barədə XəbərTv.info BFMTV-ya istinadən məlumat verir.
Belə ki, bədbəxt hadisə şənbə gününə keçən gecə Lill şəhərində baş verib.
Həyat yoldaşı və dostları ilə birgə şəhər ətrafında velosiped sürən Bondüeli maşın vurub və sürücü hadisə yerindən qaçıb.
Xilasedicilərin və həkimlərin səylərinə baxmayaraq, Bondüel vəfat edib.
Qeyd edək ki, "Bonduelle" məhsulları yalnız Fransada deyil, həmçinin bir çox Avropa ölkəsində, Rusiya, Azərbaycan, ABŞ, Kanada və digər ölkələrdə geniş şəkildə təmsil olunur.
XəbərTv.info
29-08-2020, 19:27
Вернуться назад