Şirvanda yataqxanada yanğın olub: iki azyaşlı ölüb
Şirvan şəhərində yataqxanada yanğın baş verib.
tv713.az-nun APA-ya istinadən verdiyi məlumatına görə, hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.
Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan iki yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.
Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.
30-08-2020, 06:46
Вернуться назад