DataLife Engine / Messiyə 500 milyon avroluq fantastik təklif

Messiyə 500 milyon avroluq fantastik təklif

Messiyə 500 milyon avroluq fantastik təklif


İngiltərənin “Mançester Siti” futbol klubu “Barselona”nın hücumçusu Lionel Messiyə 500 milyon avro təklif etməyə hazırdır.

Bu barədə tv713.az"Sport.es"ə istinadən məlumat verir.

Mənbənin xəbərinə görə, 33 yaşlı argentinalı ilə müqavilə beş il müddətinə bağlanacaq. Futbolçulun illik maaşı 50 milyon avro təşkil edəcək.

Qeyd edilir ki, Messi üç ili İngiltərə Premyer Liqasında keçirəcək, daha sonra 2023/24 mövsümündə “Nyu-York Siti” klubuna qoşulacaq. O, Əsas Futbol Liqasına (MLS) keçid üçün 250 milyon avro bonus alacaq.

Xatırladaq ki, daha əvvəl Lionel Messi “Barselona”dan ayrılmaq qərarına gəldiyini açıqlamışdı.
30-08-2020, 23:32
Вернуться назад