Lalə Şövkətin səhhəti necədir?
Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.
XəbərTv.info bildirir ki, bu barədə Qafqazinfo-ya onun oğlu Sidqi Şövkət məlumat verib.
O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir:
“Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırlığına görə adekvat şəkildə dəyişir”.
Qeyd edək ki, L.Şövkət yoğun bağırsağında yaranan şişə görə əməliyyat olunub.
31-08-2020, 11:47
Вернуться назад