Bu xəstəxanalar artıq koronavirus xəstələri üçün deyil
Azərbaycanda bir neçə tibb müəssisəsi yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.
TƏBİB-dən verilən məlumata görə, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb.
Bu səbəbdən, Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının yenidən əvvəlki istiqamətdə fəaliyyətini bərpa etməsinə qərar verilib.
tv713.az
31-08-2020, 12:16
Вернуться назад