DataLife Engine / Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək

Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək

Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək


Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.

Həsənov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan - Monteneqro matçında baş hakim olacaq.

FIFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor isə ermənistanlı Gevorg Hovhannisyan olacaq.

Qarşılaşma sentyabrın 3-də gerçəkləşəcək.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə Şimali Makedoniya və İspaniyanın U-21 komandalarının matçında iş başında olacaq. Həmin oyun da eyni gündə keçiriləcək. (report.az)

tv713.az
31-08-2020, 18:52
Вернуться назад