İran ölkənin cənub sahillərində hərbi təlimlər keçirəcək.
Tv713 axar.az-a istinadla xəbər verir ki, bu barədə İranın kontr-admiralı Həbibulla Səyari deyib.
O bildirib ki, “Zülfüqar 99” təliminin əsas mərhələləri Hörmüz körfəzinin şərqində, Makran sahillərində 2 milyon kvadrat kilometr ərazidə Hərbi Dəniz Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri və quru qoşunlarının iştirakı ilə keçiriləcək.
Səyari təlimlərin 3 müxtəlif mərhələdən - "kəşfiyyatın üstünlüyü", "taktiki" və "gücün nümayişi" - ibarət olacağını da əlavə edib.