ATƏT-in Minsk Qrupu istefaya getməlidir
Qurumun sənədlərində Ermənistanın işğalçılıq siyasətilə bağlı bir kəlmə də yoxdur""
Qurumun sənədlərində Ermənistanın işğalçılıq siyasətilə bağlı bir kəlmə də yoxdur"
qurum yaradılışından şikəst və ölü dünyaya gələn uşağı xatırladırdı. Minsk qrupunun tərkibi bölgədə marağı olub, ancaq maraqları və üst-üstə düşməyən ölkələrdən formalaşdırıldığından Qarabağ münaqişəsinin həllində ciddi addımlar atacağını gözləməyə dəyməzdi. Həmsədr ölkələrin heç biri bu maraqlarından geri çəkilmək niyyətində deyil. Belə olan halda bu ölkələrdən münaqişənin həllində ədalətli mövqe sərgilməsini gözləməyə dəyməz”.
Tv 713 xəbər verir ki,bunu mətbuata açıqlamasında Vitse-spiker və Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Fəzail İbrahimli bildirib.
.
Milli Məclis Sədrinin müavinin sözlərinə görə, digər əsas məqam isə Minsk Qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərlə bağlı üzərində hər hansı öhdəlik və ya cavabdehliyin olmamasıdır. “Üzərilərinə düşən vəzifəni icra edə bilmədikləri üçün istefaya göndərilsin və ya buraxılmasını tələb etmək üçün də hər hansı mexanizm yoxdur. Bu qeyri-müəyyən bir qurumdur. Növbəti bir məqam isə ATƏT-in Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ilə bağlı sərgilədiyi mövqedir. Bu qurumun hələ indiyədək rəsmi sənədlərində Ermənistanın işğalçılıq siyasəti və bu siyasətdən əl çəkməsi barədə bir kəlmə də olsa ifadə yoxdur. Sadəcə olaraq ümumi şəkildə vurğulanır ki, sənədlərdə Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilməlidir. Elə bil ki, bu torpaqları naməlum qüvvələr və yaxud da yadplanetlilər işğal edib, kimliyini müəyyən etmək mümkün deyil.
Biz yalnız o zaman bu qurumun fəaliyyətinə ümid edə bilərik ki, işğalçı Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməsi istiqamətində konkret addımlar atırlar. Ermənistanın qarşısında yürütdüyü işğalçılıq siyasətindən geri çəkilməsi üçün tələblər qoyur və ya sanksiyalar tətbiq edir”.
"ATƏT-in Minsk Qrupu özünə hörmət qoyan qurumdursa, bu məsələdən əl çəkməlidir" deyən Vitse spiker onu da vurğulayır ki, :əgər bu qurum üzvlərinin dediyi kimi münaqişə tərəfləri özləri öz aralarında razılaşacaqsa, onda Minsk qrupu nəyə lazımdır?! Minsk qrupu dünyanın gözünə kül üfürmək üçün yaradılan bir qurumdur. Bu qurum əslində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqla məşğuldur. Vaxtı uzatmaqla münaqişənin Ermənistanın xeyrinə həll olunmasına çalışır. Lakin unudurlar ki, Azərbaycan tərəfi işğalla barışmayacaq və cənab Prezident bunu dəfələrlə bəyan edib. Ali Baş Komandan açıq surətdə bəyan edib ki, gəl təkbətək vuruşub məsələni həll edək. Bu əslində Ermənistanın arxasında duran ölkələrə mesajdır ki, çəkilin. Maneçilik yaratmayın, problemi özümüz həll edə bilərik. Odur ki, bu quruma artıq inam yoxdur. Ya bu təşkilat fəaliyyətini dayandırmalıdır, ya da Türkiyə bura cəlb edilməlidir. Əgər Türkiyə cəlb edilərsə, hansısa ümidlər olar. Türkiyə məsələnin ədalətli həlli istiqamətində səylərini ortaya qoyar”.
18-09-2020, 17:26
Вернуться назад