DataLife Engine / Bu nazirliklər və nazirlər test olunmalıdır

Bu nazirliklər və nazirlər test olunmalıdır

Bu nazirliklər və nazirlər test olunmalıdır

İGİD TEYMURLU
Milləti labirintə salmaqda bunların amacı nə?


Dövlət başçısı cənab İlham Əliyev də hər zaman bəyan edib ki, "bizim siyasətin təməlində neft kapitalını insan kapitalına çevirmək dayanır və bu istiqamətdə də biz Azərbaycan insanının rifahını, təhsillini daha da inkişaf etdirməli, insanlarımızın sağlamlıqlarının bütün gücümüzlə qorumalıyıq"...
Amma deyəsən Əli Əsədov hökumətinin başını PANDEMİYA yaman qatıb. Məhz bu siyasi kursdan irəli gələn vəzifələrin yerinə yetirilməsində Əli Əsədov hökuməti, özəlliklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Əhalinin Sosial Təminatı Nazirliryinin fəaliyyəti BAŞADÜŞÜLƏN deyil.
Mart ayından başlanan PANDEMİYANIN şərtlərinə uyğun olaraq adı çəkilən qurumun rəhbəri Ramin Quluzadə və cənab Sahil Babayev nədən indiyə kimi mövcud problemlərin aradan qaldırılması istiqamətində demək olar ki, əsaslı bir iş görməyiblər?
Mən heç bölgə əhalisini demirəm (onsuz da onların problemləri qalaq-qalaqdır), heç paytaxt Bakıda əhali internet resurslarıyla təmin oluna bilmir. Amma bu gün mövcud problem distant təhsili bir zərurətə çevirib.
Statistikada vurğulanır ki, bu gün Azərbaycanda 1 milyon 600 min şagird var. Olsun. Orta hesabla götürəndə bir ailədən iki uşaq dərsə gedirsə, cənab Sahil Babayev , həmin ailənin imkanları o uşaqları bilgisayarla təmin etməyə imkab verirmi? O ailənin 3 ədəd bilgisayar almağa, internet pulu ödəməyə, kommunal xərclər ödəməyə, dolanışığını təmin etməyə imkanı varmı, cənab hökumət üzvləri? Azərbaycan müəlliminə verdiyiniz əmək haqqı heç onun kredit ödənişinə çatmır, belə olan halda adam distant təhsil üçün gərəkən əyani vasitələri və internetin necə əldə etsin? Əyninə paltar ala bilməyən ata övladına necə bilgisayar alsın, siz bunun fərqindəsinizmi? Onda buyurun eləmədiklərinizə görə 800-1000 manatlıq əmək haqqınızla tikdirdiyiniz milyonluq villalarınızdan hərəniz birini satın və Azərbaycan şagirdini, tələbələri, digər strukturları üzvlərini də pulsuz bilgisayarla təmin edin və internet qiymətlərini də aşağı salın. Vəssalam, şüttəmam, sonra da YARITMAZ fəaliyyətinizə görə üzüsulu istefa verib gedin....
Hökumətin özünün bəyan etdiyi orta statistik yaşamı müəyyənləşdirən rəqəmlərlə distant təhsilə imkan verəcək şərtlər arasında bir paralellər aparın. Görün bu gün Azərbaycan ailəsinin buna imkanı varmı? Təbii ki, yox! Onda nədən bununla bağlı gərəkən addımlar zamanında müəyyənləşdirilıb hökumətə təqdim edilməyib? Yox edilibsə, nədən bununla bağlı gərəkən addımlar atılmayıb?
Cənab RAMİN Quluzadə, nədən peykləriylə FƏXR edən Azərbaycan öz vətəndaşlarını internetlə təmin edə bilmir? Mən heç "tezliklərin ermənilərə satılmasından danışmıram.
Yaxud cənab təhsil naziri Əmrullayev, nədən bütün bunları siz bilə-bilə distant təhsilin zəruriliyindən danışıb dolayı yolla təhsilimizi heçə endirməklə birbaşa dövlətçiliyimizə zərbə vurursunuz?..
Nədən mart ayından etibarən pandemiya ilə əlaqədar olaraq dövlət tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi bu adamları ilgiləndirməyib? Yatıb yatıb sentyabr ayında milləti çıxılmaz labirintə soxmaqda bu adamların amacı nədir? Amma görünən budur ki, adı çəkilən qurumların fəaliyyəti dövlət siyasətilə düz mütənasib deyil. Milləti labirintə soxan bu nazirlərin fəaliyyəti test edilməlidir.[/b]
19-09-2020, 12:48
Вернуться назад