DataLife Engine / Erməni hərbi PUA-sı ordumuz tərəfindən vuruldu

Erməni hərbi PUA-sı ordumuz tərəfindən vuruldu


Erməni hərbi PUA-sı ordumuz tərəfindən vuruldu
Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

TV 713 xəbər verir ki, musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış olub

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.
21-09-2020, 08:03
Вернуться назад