DataLife Engine / Qazilər Ali Baş Komandana müraciət etdi

Qazilər Ali Baş Komandana müraciət etdi

Qazilər Ali Baş Komandana müraciət etdi

713 saylı hərbi hissə "MÜHARİBƏ!" əmrini gözləyir


Cənab Ali Baş Komandan!
Zaman Azərbaycan dövlətinə öz itirilmiş torpaqlarını geri qaytarmaq üçün gözəl bir şans verb.
"Azərbaycan Bayrağı" ordenli, ehtiyatda olan polkovnik leytenant Rəhman İsgəndərovun komandiri olduğu 713 saylı hərbi hissənin "hücum!" əmrini gözləyən döyüşçüləri olaraq biz bu qənaətdəyik ki, MÜHARİBƏ YOLUYLA BU ŞANSdan yararlanmanın tam zamanı!
Cənab Ali Baş Komandan!
"YA OLUM, YA ÖLÜM!" mücadiləsinə, Müqəddəs Vətən Savaşına qalxmaq üçün FƏDAİLƏR ORDUSUna BİR ƏMR lazımdır!
713-CÜ HƏRBİ HİSSƏ olaraq biz əzəlindən bu MÜHARİBƏ YOLU nu seçmişik və indi də bu fikirdəyik. Biz keçmiş döyüşçülər inanırıq ki, əgər bu gün Siz MÜHARİBƏ ƏMRİ (torpağı terrora məruz qalan dövlət olaraq öz iç problemimizi həll etmək hüququmuz var) verəcəksinizsə, bütün o taylı, bu taylı Bütöv Azərbaycan Sizin arxanızda olacaq!
Cənab Ali Baş Komandan!
Bugünkü siyasi proseslərin gedişatında kimin necə düşünməsindən asılı olmayaraq Sizin torpaqlarımızı azad etməklə Azərbaycan tarixində "SON MİNİLLİYİN ADAMI" olmaq Şansınız var. Və bu Şansın qazandıracağı uğur təkcə Sizin deyil, həm də bütövlükdə indiki nəslin adına yazılacaq.
İşğal altında qalan torpaqlarımızda haray çəkən Nigaran Ruhlarımız bunu bizə diktə edir. Yox əgər bu, olmayacaqsa, heç kimin şübhəsi olmasın ki, gələcək nəsil onlara torpaq itkisini miras qoyduğumuza, yaranmış şansdan yararlanmadığımıza görə bizim sümüklərimizi belə qəbirdən çıxarıb DAR ağacından asacaq.
Cənab Ali Baş Komandan!
Sizə böyük sayğıyla TORPAQLARIMIZIN müharibə yoluyla azadlığı və Böyüklük arzusuyla Laçın və Ağdərədə şərəfli tariximizi qanla yazan 713 saylı hərbi hissənin "hücum!" əmrini gözləyən döyüşçüləri.
Cənab Ali Baş Komandan, ƏMRİNİZİ gözləyirik!
23-09-2020, 20:41
Вернуться назад