DataLife Engine / Bakı Limanında nə qədər yükdaşıma olub?

Bakı Limanında nə qədər yükdaşıma olub?


Bakı Limanında nə qədər yükdaşıma olub?

Bu ilin ilk 8 ayı ərzində mumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur.

TV 713 Trend-ə istinadla bildirir ki, bunu Bakı Limanın Baş direktoru Taleh Ziyadov "Blue Dot Network"un təşəbbüsü və Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinarda bildirib.

O, öz çıxışında Avropa və Asiya arasında ən təhlükəsiz və eyni zamanda da qısa yol olan Orta Dəhlizin (Middle Corridor) vacibliyini çatdırıb:

"Mövcud pandemiya zamanı dünya logistika xəritəsində məhz bu dəhlizin qlobal səviyyədə əhəmiyyəti artıb. Bir çox digər dəhlizlərində müxtəlif məhdudiyyətlər tətbiq olunsa da, yüklərin daşınması zamanı məhz Orta Dəhlizin Avropa ilə Çin arasında ən etibarlı yoldur. Bunun bariz nümunəsi olaraq bu ilin ilk 8 ayı ərzində statistik göstərcilərdəki artımı göstərmək olar. Belə ki, ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur."

Tədbir iştirakçılarına COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində limanda görülən işlər barədə də ətraflı məlumat verən Taleh Ziyadov bildirib ki, liman sərt karantin rejimində belə məhdudiyyətsiz və tam gücü ilə fəaliyyətini davam etdirir. Əməkdaşların və liman istifadəçilərinin sağlamlığının ən vacib amillərdən biri olduğunu vurğulayan Baş direktor Bakı Limanına gələn TIR sürücülərinin, həm "Qırmızı Körpü" sərhəd buraxılış məntəqəsində, həm də Ələt qəsəbəsində yerləşən Bakı Limanında test olunduğunu qeyd edib.

TV 713
24-09-2020, 15:00
Вернуться назад