DataLife Engine / YARDIMLI RAYON TƏHSİL ŞÖBƏSİNDƏN JURNALİSTİKAYA BAXIŞ

YARDIMLI RAYON TƏHSİL ŞÖBƏSİNDƏN JURNALİSTİKAYA BAXIŞ

"FAKTIN DİLİ, YOXSA AĞIZ ƏDƏBİYYATI?

YARDIMLI RAYON TƏHSİL ŞÖBƏSİNDƏN JURNALİSTİKAYA BAXIŞ

Yardımlı rayon Təhsil Şöbəsinin hansısa
səlahiyyətlisi ilə özünü "Şahmar" kimi qələmə verən bir oğlanın səs yazısına mən də qulaq asdım...
SADƏCƏ OLARAQ, UTANCVERİCİDİR!
BİRİNCİSİ, "rüşvət"i verən də, alan da eyni yükün daşıyıcılarıdır.
İKİNCİSİ, əgər sən dediyin kimi "jurnalist"sənsə, həm telefon danışığın, həm də atdığın addım Sözə və Qələmə hörmətsizlikdir! Jurnalist fəaliyyətinə qaraçı davranış tərzinin elementlərini calamaq həm də KİV HAQQINDA Qanunda olan boşluqlardan irəli gəlir.
OL SƏBƏBDƏNDİR Kİ, bu gün Azərbaycan jurnalistikası ölən balıqların gününə düşüb: balıqların qəlsəmələri arasında özünə yer tapan infuzorlar sonucda o balıqların ölməsinə səbəb olur.
Bu gün mətbu sfera hər yoldan keçən üçün potensial iş yeri statusundadır - bu iş yerində Söz və Qələmlə deyil, iş qazananların özünəməxsus metodlarıyla külüng vurulur.
Məhz belələrinin ucbatından jurnalistikanın Qələmi sınıb, Söz də öz Ucalığından endirilib...
Təhsil sistemində bu gün kifayət qədər nöqsanlar mövcuddur: həm tədris metodologiyası baxımından, həm işin təşkilində yol verilən, hətta pedaqoji təfəkkürlə belə ziddiyyət təşkil edən nəsnələr baxımından, həm təlim-tədrisin aşağı olması baxımından, həm də ümumi təşkilatçılıq baxımından..
VƏ bütün bu sadalananlar heç də ayrıca Yardımlı rayonu coğrafiyasında deyil, bütün ölkə bu gündədir. Bu baxımdan təhsil sistemində köklü islahatlar aparılmalıdır.
AMMA VƏ LAKİN....bütün bunlar jurnalistə o haqqı vermir ki, sən "əlində olan fakt"a söykənərək qarşı tərəflə reket diliylə danışasan, qarşı tərəflə ünsiyyətdə müstəntiq, yaxud prokuror kimi çıxış edəsən...
ƏLAHƏZRƏT FAKTIN QARŞIDINDA hər şey və hər kəs onda aciz olur ki, sənin FAKTIN araşdırmalarının nəticəsində öz təsdiqini tapsın. Amma çox heyif ki, indiki zamanda mətbuatda özünə iş tapanlar fakta deyil, daha çox ağız ədəbiyyatına söykənirlət. Dayağı ağız ədəbiyyatı olanlar problemin həllinə çalışmaqdansa, əksinə, varsa əgər, o problemin üstündən akrobatik sıçrayışlar etməklə tərəf haqqında mənfi imic formalaşdırmağa daha çox üstünlük verirlər. Və çox təəssüf ki, bu oyunda aidiyyatı dövlət strukturlarının adı da qorxu sindromu kimi ortaya qoyulur...
Sənin FAKTIN varsa düş faktının etibarlılığını yoxlamağın dalınca, araşdır gör bu "faktlar" həqiqəti özündə nə qədər ehtiva edir. Yoxsa o "fakt"ı eşidən kimi heç bir araşdırma aparmadan onu "həqiqətin özü" kimi cəmiyyətə sırıyıb kiminsə haqqında mənfi rəy formalaşdırma. Eynilə ittiham olunan tərəfin də göstərdiyi reaksiyada hay-küyçülüyə üstünlük verməsi, iddialara faktın diliylə cavab verməməsi qüsurludur. Bu haqda kiməsə dərs demək amacım olmasa da, amma bildiyim həqiqət ondan ibarətdir ki, sən FAKTIN diliylə danışmalısan, ağız ədəbiyyatının yox...
QALDI Kİ, YARDIMLI TƏHSİL ŞÖBƏSİNƏ....Nəzərə alsaq ki, həyatda ideal olan şey yox. Yardımlı təhsilinin ideal formada olmasıyla bağlı da mənim iddiam yoxdur. Elə yaxın illərdə Yardımlıda öz ixtisasından sıfır bal toplayan müəllimlərlə bağlı informasiyanı oxuyanda utandım.
AMMA biz inkişafa doğru can atırıqsa onda nədən əldə olunan uğurları önə çəkib onu ictimailəşdirməklə həm də digərlərinə bunu bir örnək kimi göstərib yüksəlişə doğru həvəsləndirməyək? Bununla bağlı məsələdə hər kəs öz doğulduğu kəndın, bütöv haldasa Yardımlının özünün nəticələrinə diqqət yetirsə kifayətdir. Əldə olunan uğurların 90 faizinin repititor fəaliyyətinin nəticəsi olduğu da hər kəsə bəlli. Nə olsun, həmin repititor da axı həmin rayonun pedaqoqudur. Bu da indiki zamanın reallığıdır. Çox keçməz, zaman gələcək bu çatışmazlıqlar da aradan qalxacaq. Vaxt var idi ki, Yardımlıdan qız uşaqları ümumiyyətlə heç oxumağa getmirdilər. Amma indi ilbəil bu problem öz müsbət həllini tapmaqdadır. Sosial şəbəkədə səhv etmirəmsə Anzov, ya da ki, Hamarkənd orta məktəbindən 3 qız övladımızın ALİ məktəbə yüksək balla qəbul olmasını oxuyanda açığı mən çox qürur hissi keçirdim. Bəs bu, nədir? Təhsilimizin az da olsa uğuru deyilmi? Sən jurnalist olaraq nədən səni Yardımlının təhsiliylə bağlı ilgiləndirən mövzuya bunu predmet olaraq seçmədin?..
Fərd olaraq inanıram ki, istər jurnalistikamızda olsun, istər təhsil sistemimizdə olsun, istərsə də cəmiyyətimizin digər spektrlərində ortada olan qüsurlar tez bir zamanda aradan qaldırılacaq, əldə edilən qürur duyacağıq


İGİD TEYMURLU
TV 713
26-09-2020, 21:13
Вернуться назад