Nizami rayonunda, "Neftçilər" metrostansiyası yaxınlığında ordumuza dəstək üçün Azərbaycan və Türkiyə bayraqları asılıb.
TV 713 Musavat.com-a istinadla xəbər verir ki, bu təşəbbüsü həmin ərazidə fəaliyyət göstərən satıcılar həyata keçiriblər.
Onlar bir sıra kəndlərin azad olunması ilə bağlı ordumuza dəstək üçün hər iki bayrağı yüksəklikdən asaraq, "Azərbaycan-Türkiyə" şüarı səsləndiriblər.
Sözügedən həmin fotoları təqdim edirik