Yunanıstan xüsusi həyəcanla Dağlıq Qarabağ regionundakı eskalasiyanı izləyir.
TV 713 axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Yunanıstan Xarici İşlər Nazirliyi yayıb.
Rəsmi Afina tərəfləri döyüş fəaliyyətlərini dayandırmağa və danışıqlar masası arxasında əyləşməyə çağırıb.
Nazirlik mübahisələrin sülh yoluyla həllinin regional təhlükəsizlik və stabillik üçün yeganə yol olduğunu bildirib.