Erməni sosial şəbəkə istifadəçiləri Dağlıq Qarabağdan ağ bayraqla qaçan ermənilərin görüntülərini paylaşıb.
TV 713 xəbər verir ki, yayılsn psylaşımlarda ermənilərin müvəqqəti məskunlaşdırıldıqları və zorla yaşamağa vadar edildikləri Azərbaycan torpaqlarının yiyəsinin gəldiyini görərək, getmək istədikləri, hərbi geyimdə olan separatçı-terrorçuların isə onları geri qaytarmaq üçün çalışdıqları əksini tapıb. Hərbi geyimdə olanların hətta mülki əhalinin maşınlarına xəsarət yetirdikləri, maşınların şüşələrini qırdıqları da görünür.
Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyi Ağdərədə mülki əhalinin artıq təxliyə edildiyi haqda açıqlama yaymışdı. Ermınistanın əslində mülki əhalini necə "təxliyə" etdiyi bu kadrlardan aydın görünür. Belə məlum olur ki, özgə torpaqlarda yaşamaq istəməyən erməni əhali özü gedir, Ermənistan əsgərləri isə onları zorla saxlamaq istəyirlər. Buna nail olmadıqda isə rəsmi açıqlamada "təxliyə edilib" yalanını uydurublar.