Sentyabrın 27-də Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri, polkovnik-leytenant Lernik Babayan məhv edilib. Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti ağır itkilərə məruz qalıb.
TV 713 Azvision.az-a istinadla xəbər verir ki, Lernik Balayan işğalçı ordunun əsas aparıcı qüvvələrindən biri hesab olunurdu. O, Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən bir çox təxribatların təşkilatçısı olub.