Xankəndidən əhalinin kütləvi şəkildə və kortəbii köçürülməsi başlayıb.
Tv 713 xəbər verir ki, bu məlumatı Rusiyanın “İzvestiya” qəzeti yayıb. İnsanların kütləvi şəkildə İrəvana göndərildiyi bildirilib.
“Orada qohumlarının olub-olmadığını bilmədən birbaşa göndərirlər. Deyirlər ki, onları orada mütləq qarşılayacaqlar. İrəvanda hakimiyyət hər şeyi təşkil edəcək. Polis yoldan keçən maşınları saxlayır və onlar tamamilə pulsuz şəkildə bu ailələri İrəvana aparırlar”.