DataLife Engine / SAHİBƏ QAFAROVA: "Bu şərtlə sülh əldə oluna bilər"

SAHİBƏ QAFAROVA: "Bu şərtlə sülh əldə oluna bilər"


SAHİBƏ QAFAROVA: "Bu şərtlə sülh əldə oluna bilər"


Azərbaycan Ordusu hərbi əməliyyatlar aparır. Şəhid və yaralılarımız var. Bəzi beynəlxalq güclər Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından narahat olub. Onlar müxtəlif bəyanatlar verir, Azərbaycanın haqq işinə təzyiq göstərməyə çalışırlar.

TV 713 xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker qeyd edib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğalçının Azərbaycan ərazilərindən çıxması şərti ilə sülh əldə oluna bilər. Sonuncu düşmən əsgəri müqəddəs torpaqlarımızdan çıxmayana qədər əməliyyatlar davam etdiriləcək: “Bu bizim haqq işimizdir. Ürəyimiz Azərbaycan əsgərləri ilə döyünür”.
2-10-2020, 11:42
Вернуться назад