DataLife Engine / Xalq artisti Cahangir Novruzovdan Poznerə tutarlı cavab

Xalq artisti Cahangir Novruzovdan Poznerə tutarlı cavab


Xalq artisti Cahangir Novruzovdan Poznerə tutarlı cavab


Xalq artisti Cahangir Novruzovdan Poznerə tutarlı cavab: “Türk olmaq çox çətindir, türk olmamaq daha çətin”
Azərbaycanın tanınmış aktyoru, Xalq artisti Cahangir Novruzov şəxsi feysbuk hesabından ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerin fikirlərinə cavab verib.

TV 713 xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

C.Novruzov rusiyalı jurnalist Vladimir Poznerə belə cavab verib:

“Özünüzü nüfuzdan salmısınız. Ağlı başında olan ermənilər üçün də fikrinizin heç bir dəyəri yoxdur. Satılmısınız. Corc Bernard Şounun belə bir sözü var “Unutmaq lazım deyil ki, pul ilə alınan hər şey onsuz da ucuzdur”. V.Şukşinin də gözəl bir sözü var: “Kasıb olmaq ayıb deyil, ucuz olmaq ayıbdır”. 

Mən isə belə deyərdim- Türk olmaq çox çətindir, çünki bütün dünya səninlə mübarizə aparır. Türk olmamaq daha çətindir, çünki türk ilə mübarizə aparırsan”.

Rəsmi saytında ruhən erməniləri dəstəklədiyini deyən V.Pozner qeyd etmişdi ki, “Əgər Qarabağda müharibə gedirsə, BMT dərhal bu məsələyə qarışmalıdır. Yox, əgər bu məsələyə üçüncü ölkələr qarışırsa, onlara qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir”.
2-10-2020, 11:50
Вернуться назад