DataLife Engine / ARİF PAŞA: "Laçında vurulan körpünün strateji əhəmiyyəti böyükdür, amma...”

ARİF PAŞA: "Laçında vurulan körpünün strateji əhəmiyyəti böyükdür, amma...”

"Ermənilər hərbi ponton körpü ilə gediş-gəlişi bərpa edə bilər. Odur ki, zərbələr davamlı olmalıdır...”


ARİF PAŞA: "Laçında vurulan körpünün strateji əhəmiyyəti böyükdür, amma...”

Xəbər verildiyi kimi, dünən – oktyabrın 2-də sosial şəbəkələrdə ermənilərin yaydığı görüntülərdən Ermənistanla Azərbaycan Respublikasının işğal altındakı Laçın rayon mərkəzini birləşdirən, yəni Gorus-Laçın-Şuşa-Xankəndi yolunda yerləşən körpülərdən birinin Azərbaycan ordusu tərəfindən vurulduğu bəlli olub.

ARİF PAŞA: "Laçında vurulan körpünün strateji əhəmiyyəti böyükdür, amma...”

“Əlimizdə tam dəqiq, rəsmi informasiya yoxdur, amma əgrə doğrudan da Laçın şəhəri yaxınlığında Həkəri çayı üzərindən keçən həmin körpü vurulubsa, o, strateji əhəmiyyətə malikdir və ordumuzun uğurudur. Çünki Ermənistandan işğal altındakı ərazilərimizə; Laçın, Şuşa və Xankəndinə ərzaq və silah-sursat məhz bu yolla daşınır. Düzdür, düşmənlər hərbi ponton körpü salmaqla gediş-gəlişi bərpa edə bilsə də, yenə də təchizatda ləngimələr yaranacaq. Buna baxmayaraq bu strateji yola zərbələr davamlı olmalıdır... ”

TV 713. az xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında sözügedən körpünün yerləşdiyi ərazini qarış-qarış tanıyan keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa söyləyib.
Keçmiş alay komandiri söhbət əsnasında digər vacib məsələyə diqqət çəkib.

ARİF PAŞA: "Laçında vurulan körpünün strateji əhəmiyyəti böyükdür, amma...”
“Bizi narahat edən əsas İrandan Qarabağa gələn yoldakı körpülərdir. Düzdür, İran tərəfi deyir ki, guya həmin yoldan Qarabağa heç bir nəqliyyat vasitəsi buraxmır. Amma buna inana bilərikmi? Hesab edirəm ki, əsas məsələlərdən biri Araz üzərindəki körpülərdən ermənilərin təchizatını dayandırmaqdır...”- deyə Arif Paşa vurğulayıb.
3-10-2020, 09:12
Вернуться назад