Tanklar hələ də müharibədə heybətli görünür. Lakin hazırkı vəziyyətdə onlar, demək olar ki, müasir PUA-lar qarşısında aciz və müdafiəsizdirlər”.
TV 713.. az xəbər verir ki, bu fikir “İzvestiya” qəzetində nəşr olunmuş xüsusi yazıda qeyd olunub.
“Açıq səmada PUA-lar tam hökmranlıq edirlər. Biz onların zirehli texnikaların üstündən necə xətt çəkdiyini də görürük. Tanklar hətta dinamik müdafiə sistemi ilə PUA-lar qarşısında dayana bilmirlər. Bu gün ağır zirehli maşınlar hazırkı görkəmləri ilə ya tarixə getməli, ya da konstruktorlar başqa bir şey fikirləşməlidirlər”, - deyə, hərbi ekspert Aleksey Xlopotov qeyd edib.
Türk pilotlarının hava hakimiyyəti artıq ruslar üçün kabusa çevrilib. Xatırladaq ki, hələ bu ilin iyun ayında “Defense Express” saytı Türkiyənin “Bayraktar TB2” pilotsuzlarının Suriya və LiviyadaRusiyanın 23 “Pantsir-S1” qurğusun məhv etdiyni yazmışdı.
2017-ci ilin oktyabrında isə hərbi analitik Samuel Bendett Rusiyanın pilotsuz uçan aparatların hazırlanması və istehsalında Türkiyədən xeyli geri qaldığını bildirmişdi.