DataLife Engine / Bakının uğurlu strategiyası var: o, dayanmayacaq... - Brayza

Bakının uğurlu strategiyası var: o, dayanmayacaq... - Brayza


Bakının uğurlu strategiyası var: o, dayanmayacaq... - Brayza

Rusiyanın indiyə qədər susması Ermənistan üçün bir deavantajdı. Və bu, Putinin Paşinyana macəra axtarmadığını söylədiyini göstərir. Rusiyanın daim “münaqişəni dayandırın”, “danışıqlara başlayın” kimi sadə çağırışlar etdiyini görürük. Lakin Azərbaycan hədəflərinə çatmayana qədər savaşı dayandırmayacaq. Çünki erməni işğalındakı torpaqlarını azad etmək istəyir. Azərbaycanın bu strategiyası çox uğurlu görünür.

TV 713. az axar.az-a istinadla xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza Qarabağda başlayan müharibə haqda danışarkən deyib.

Sabiq həmsədr son günlərdə E.Makronun nədən Ermənistanın tərəfində olduğuna da aydınlıq gətirib:

“Makron özünü ənənəvi fransız lideri kimi aparır. Xatırlayırsınızsa, keçmiş Fransa prezidenti AB-nin “Xristian birliyi” olduğunu və Türkiyənin buraya aid olmadığını bəyan etmişdi. İndi Makron da eyni yolla irəliləyir. Makron Ərdoğana çox qəzəblidir. Çünki Türkiyə Suriya, Liviya və Şərqi Aralıq dənizi kimi mövzularda Fransanı eşitmir. Buna görə Makron öz şəxsi qəzəbini Prezident Ərdoğana yönəldir. İndi Makron eyni mövqeni Qafqada da sərgiləmək istəyir. Bu da Fransanın neytral vasitəçi olmasını mümkünsüz edir”.

Metyu Brayza həmsədr olduğu vaxtlarda Azərbaycan və Ermənistanı ikitərəfli razılaşmaya inandırdıqlarını xatırladıb:

“2009-cu ilin yavar ayında Minsk Qrupu həmsədrləri tərəfləri bir çərçivə razılaşmasına inandırdı. Ancaq hər iki tərəf bu razılaşmanı çox davam etdirə bilmədi. Bu artıq həmsədrlərin işi deyil. Həmsədrlər yalnız tərəflər arasında dialoqa kömək edir”.

O, Dağlıq Qarabağ münaqişəsinin sonunda Paşinyanın vəzifədən atılacağını da istisna etməyib:

“Fikrimcə, Paşinyan yenidən müzakirə masasına qayıdacaq və əlbəttə ki, daha zəif bir mövqedə olacaq. Çünki Azərbaycan əhəmiyyətli torpaqlarını artıq geri almış olacaq. Düşünürəm ki, nəticədə Paşinyan vəzifəsindən kənarlaşdırılacaq. Çünki o, Ermənistanı alçaldıcı məğlubiyyət vəziyyətinə gətirəcək və bu durumda Rusiya Paşinyanı siyasi cəhətdən qorumayacaq”.
4-10-2020, 18:13
Вернуться назад