"Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd olub. Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib”.
TV 713. az xəbər verir ki, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, Ermənistanın hərbi hissənin qərargahı, silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilir:
“Ordumuzun dəqiq atəşi nəticəsində düşmənin 10-dək tankı, altı ədəd D-20 topu, bir ədəd akasiya özü yeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir”.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin 1-ci və 7-ci alaylarının müdafiə sahələrində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş bölgələrindən qaçaraq fərarilik edib:
“Məğlubiyyətlə üzləşən Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam, Ağcabədi, o cümlədən, “Toçka-U” taktiki raket kompleksindən istifadə edərək, Bərdə rayonu ərazisini atəşə tutublar. Azərbaycanlı mülki əhali arasında ölənlər və yaralılar var. Ordumuz adekvat tədbirlər görür”.